İndoneziyanın Yava adası sahillərində 6,3 maqnitudalı zəlzələ baş verib.Manset.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Xidməti məlumat yayıb. Yeraltı təkanların episentri Bəncər şəhərindən 85 kilometr cənubda, 54 kilometr dərinlikdə yerləşir.
Dağıntı və tələfat barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.