RU

Xoşqədəm efirdə aşıq Namiqin SİRRİNİ AÇDI – VİDEO

"Heç vaxt heç kimin bostanına daş atmamışam. Əksinə o daşları mənə atıblar. Heç kimdə işim yoxdur.  Hər zaman sözümü demişəm. Hər zaman mənə zərbələr gəlib. Onlardan isə Rəbbim məni qoruyub. Təsəvvür edin ki, üstümə qız göndəriblər ki, gizlincə Namiqin səsini yaz. Mənə 50 dənə oyun qurublar. Amma Allah məni o oyunlardan uzaq edib. Allah məni hər zaman qaldırıb və ucaldıb. Heç bir bəndə Allahın ucaltdığını yerə endirə bilməz".

Day.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri aşıq Namiq Fərhadoğlu qonaq olduğu "Günaydın, Azərbaycan!" verilişində deyib.

Proqramın aparıcısı Xoşqədəm Hidayətqızı sənətçinin 17 yaşlı bir qız övladının olduğunu söyləyib. Daha sonra Xoşqədəm "Qızının olduğunu niyə hamıdan gizlətmisən və sirr olaraq saxlamısan?" sualına Namiqin cavab reaksiyası belə olub:

"17 yaşında bir qızım var. Bunu heç kimdən gizlətməmişəm. Məni tanıyan insanlar bilirlər ki, bir dəfə evli olub, boşanmışam və həmin nikahdan bir qız övladım var. Rəsmi şəkildə 22 yaşında evli olmuşam. Evliliyim isə bir il yarım çəkib. Artıq 17 ildir ki, subayam. Mən bu evliliyimi uğursuz hesab edirəm".

Избранный
202
3
day.az

4Источники