RU

Azərbaycan Premyer Liqası: “Sumqayıt” minimal hesabla “Qarabağ”a qalib gəlib

Azərbaycan

Bakı, 28 aprel, AZƏRTAC

Bu gün Azərbaycan Premyer Liqasında XXXII turun növbəti oyunlar keçirilib.

AZƏRTAC xəbər verir ki, "Sumqayıt" doğma meydanda lider "Qarabağ"ı qəbul edib. Mehdi Hüseynzadə adına şəhər stadionunda oynanılan görüş sumqayıtlıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanın yeganə qoluna 70-ci dəqiqədə Roi Kehat imza atıb.

Bu nəticədən sonra meydan sahibləri turnir cədvəlində 50 xalla ikinci pilləyə yüksəlib.

Günün digər oyunlarında isə "Neftçi" "Turan Tovuz"u 3:0 , "Kəpəz" "Qəbələ"ni 1:0 hesabı ilə üstələyib.

Turun açılış oyununda ötən gün "Sabah" "Səbail"i məğlub edib - 2:0.

Qeyd edək ki, tura aprelin 29-da "Zirə" - "Araz-Naxçıvan" matçı ilə yekun vurulacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
273
36
azertag.az

10Источники