Bakı. Trend:
Dubay hakimiyyəti şəhərin cənub hissəsində yerləşən Əl-MəktumBeynəlxalq Hava Limanında yeni sərnişin terminalının tikintisinə128 milyard dirhəm (34,8 milyard dollar) ayıracaq.
Trend-inməlumatına görə, bunu Dubay Əmiri, BƏƏ-nin Baş naziri Şeyx Məhəmmədbin Rəşid Əl Məktum deyib.
"Bu gün biz Əl-Məktum Beynəlxalq Hava Limanında yeni sərnişinterminalının layihəsini təsdiqlədik. Dubay Aviasiya Korporasiyasıtərəfindən hazırlanmış strategiyanın bir hissəsi olaraq sərnişinterminalının tikintisinə göstəriş verdik", - BƏƏ-nin Baş naziribildirib.
Onun sözlərinə görə, yeni terminal ildə 260 milyondan çoxsərnişin tutumu ilə dünyanın ən böyük hava limanlarından birinəçevriləcək. 400 təyyarəni qəbul edə bilən yenilənmiş nəqliyyatqovşağının beş paralel uçuş-enmə zolağı ilə təchiz ediləcəyigözlənilir.
"O, hazırkı Dubay Beynəlxalq Hava Limanından 5 dəfə böyükolacaq", - məlumatda deyilir.