RU

Türkiyə DİN əməliyyat keçirdi - 46 nəfər saxlanıldı

Bakı. Trend:

Türkiyənin 6 vilayətində keçirilən "Mahzen-35" əməliyyatlarında6 ayrı mütəşəkkil cinayətkar dəstə çökdürülüb.

Trend xəbərverir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya"X" sosial şəbəkəsində məlumat verib.

Nazirin məlumatına görə, əməliyyatlar çərçivəsində mütəşəkkilcinayətkar dəstələrin üzvləri olan 46 şübhəli saxlanılıb.

Saxlanılan şəxslərin qumar oyunları oynayaraq insanlara borc adıaltında pul verərək, yüksək faizlə geri tələb etdikləri, pulu ödəyəbilməyən şəxslərə silahlı hücumlar etdiyi, sələmçiliklə məşğulolaraq yüksək faizlə borclu vəziyyətinə saldıqları şəxslərin işyerlərini və nəqliyyat vasitələrini zorla müsadirə edərək, özadlarına keçirdikləri, təzyiq, zor və zorakılıq yolu ilə haqsızüstünlük əldə etdikləri, əyləncə məkanlarında insanları tələyəsalaraq, şantaj və silah yolu ilə həmin şəxslərdən külli miqdardapul aldıqları, eləcə də, narkotik vasitələr və silah alveri iləhaqsız qazanc əldə etdikləri müəyyən edilib.

Keçirilən əməliyyatlar nəticəsində 30 ədəd sənədsiz tapança, 2ədəd ov tüfəngi, avtomat silah, müxtəif miqdarda narkotik vasitə vəkülli miqdarda türk lirəsi ələ keçirilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Избранный
94
43
az.trend.az

10Источники