RU

"Qarabağ"ın legioneri Azərbaycan kəndinə getdi, məclis qurdu, inək sağdı - VİDEOLAR+FOTOLAR

"Qarabağ"ın legioneri Kevin Medina diqqət mərkəzinə düşüb.

Sportinfo.az xəbər verir ki, kolumbiyalı müdafiəçi "Instagram" hesabında paylaşdığı fotolarla gündəmə gəlib.

Azərbaycan Premyer Liqasının 32-ci turunun "Sumqayıt" ilə oyunundan sonra (0:1) Ağdam klubunda oyunçulara istirahət verilib. Kolumbiyalı müdafiəçi bu məqamdan maraqlı formada istifadə edib.

O, qardaşı ilə birlikdə cənub bölgəsinə - daha doğrusu, Masallıya səfər edib.

Kəndlərdən birinə səfər edən Kevin yerli əhali ilə vaxt keçirib, gəzməli-görməli yerlərdə olub, fermada şəxsən inək sağıb, Uşaq Gənclər İdman Şahmat Məktəbini ziyarət edib.

Medina səfər zamanı yaşadığı anları izləyiciləri ilə bölüşüb. "Fantastik insanlarla fantastik gün keçirdim", - deyə postda bildirib.

Onun paylaşımına komanda yoldaşları maraqlı reaksiya verib. "Qarabağ"ın keçmiş üzvü, hazırda Zaqreb "Dinamo"unda top qovan Mahir Emreli zarafatla "bu həyatı sevirsənsə, gəl fermamda işlə" rəyini yazıb.

Избранный
56
1
sportinfo.az

10Источники