Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.
Sportinfo.az xəbər verir ki, ilk matçda “Bayern” Almaniyada “Real”ı qəbul edib.
Qarşılaşma məhsuldar heç-heçə ilə başa çatıb. Tərəflər arasında cavab görüşü mayın 8-də olacaq.
Digər yarımfinal matçında Almaniyanın “Borussiya” (Dortmund) klubu Fransa çempionu PSJ-ni qəbul edəcək.
“Bayern” (Almaniya) – “Real” (İspaniya) 2:2
Qollar: Sane, 53. Keyn, 57 – Vinisius, 24; 83-pen.
Baş hakim: Kleman Turpen (Fransa).
Münhen, “Alyans Arena” stadionu.