RU

"Çıxış etdiyin məclisdə biri səni istəyir, digəri..." – VİDEO

"2018-ci ildə 3 böyük konsert verdim. İki dəfə Yaşıl teatr, bir dəfə isə Heydər Əliyev Sarayında. İndi bilmirəm, amma o dönəmdə konsert salonlarının ödənişi həddən artıq baha idi. O zallarda konsert vermək çox böyük xərclər tələb edirdi". 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Talıb Tale qonaq olduğu "Tarixin bir günü" verilişində deyib. 

Konsert məkanlarının baha olmasından şikayətlənən sənətçi bildirib ki, toylarda çıxış etmək ona gərginlik yaşadır: 

"Konsert vermək üçün məkan və ya zalın rəhbərliyi müğənninin bu kimi xərclərini nəzərə almalıdır. Yəni ifaçıdan çox və yüksək məbləğ tələb etməməlidir. Zalın çox böyük qonorar istəməsi problem yaradır. Konsert verəndən sonra toylara üz tutdum. Əvvəllər mən toylara çox getmirdim. Mən konsert verməyi sevirəm. İki saat konsert verirəm rahat oluram, dincəlirəm. Amma yarım saat toyda çıxış edəndə gərginlik yaşayıram. Çünki çıxış etdiyin məclisdə biri səni istəyir, digəri istəmir və ya onun zövgündə olan ifaçı deyilsən. Toy çətindir. Konsert verməkdən və orada çıxış etməkdən böyük zövq alıram". 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
89
50
milli.az

10Источники