RU

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun birinci günü baş tutub

Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

“İki sahil” xəbər verir ki, Mədəniyyətlərarası Forumda 100-dən çox ölkəni təmsil edən 700 qonaq iştirak edəcək.

Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gəliblər.

Forumun ilk günündə “Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya qarşı müqavimət”, “Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq”, “Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi”, “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət”, “Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu”, “Tənzimlənməyən miqrasiya və sosial təsirlər: beynəlxalq təhlükəsizlik üçün təhdid və imkanlar”, “Süni intellekt – təhdid, yoxsa imkan?”, “Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi; Qlobal inkişafa doğru”, “Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi” mövzularında panellər təşkil olunub, müzakirələr aparılıb.

Qeyd edək ki, forum 1-3 may tarixlərini əhatə edəcək. Forum iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərlərinin təşkili də gözlənilir. Tədbir çərçivəsində Ağdam və Şuşada xüsusi panel sessiyaların keçirilməsi də nəzərdə tutulur.

Избранный
160
2
ikisahil.az

10Источники