Hazırda İranda azı 10 milyon insan qəzalı və uçmaq təhlükəsi olan evlərdə yaşayır.
Sitat.info xəbər verir ki, bunu İran Yol və Şəhərsalma Nazirliyinin rəsmisi Məhəmməd Ayini deyib.
O bildirib ki, bu gün Tehran şəhərində 224 min qəzalı və təhlükəli bina mövcuddur.
Ayini zəlzələ baş verəcəyi təqdirdə qəzalı binaların çoxluğu səbəbindən milyonlarla insan tələfatı olacağı barədə xəbərdarlıq edib.