Rafiq Hunaltayın McDonald’s haqqında yazdığı yazını təqdim edirik!


McDonald’s-ın hazırda 40,2 min restoranı var. 2027-ci ilə qədər isə daha 10 min restoran açacaqlar. Bununla 50 min restoranla rekordun sahibi olacaqlar. Xatırladım ki, şəbəkənin ilk 10 min restoranı 33 ilə başa gəlib. Restoran bildiyiniz kimi franşiza modeli ilə çalışır və son 30 ildə ilk dəfə bu ilin sentyabrından franşiza tarifini 4%-dən 5%-ə qaldırıb. Nəzərə alsaq ki, hazırda 40,2 min restoranı var, onda riyazi hesablama ilə özünə məxsus 2010 restoranı var da deyə bilərik.



Həqiqətən də biznes ideya ilə qurulur, innovasiya ilə daim yenilənir, proseslərin yazılması ilə sistemə sahib olur, düzgün sistemlə isə uzunömürlü olur. Sistem insandan böyük olanda şirkət yaranır, onu quran insandan kiçik qalanda isə gec-tez həvəsə çevrilir. Həvəsin ömrü isə ilk döngədə həvəsdən düşənə qədərdir.