96 yaşlı erməni aksiyada döyüldü - VİDEO |
Yerli medianın yaydığı məlumata görə, Kirantsda bu gün növbəti "təmizləmə" işləri aparılıb. "Mamul" nəşri yazıb ki, artıq kəndlilərin quraşdırdıqları çadırlar da dağıdılıb. "350 sakini olan kəndə 3000 qara beretli, xüsusi təyinatlı cəlb olunub", - məqalədə qeyd edilib.
Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Radikallar və revanşistlər bu qərara etiraz edirlər.
Tural Tağıyev
AzVision.az