RU

DYP sürücülərə MÜRACİƏT ETDİ

Baş Dövlət Yol Polisi İdarəsi atmosferin çirklənməsinin qarşısının alınması məqsədilə sürücülərə müraciət edib.

 

İdarədən Sfera.az-a verilən məlumatda bildirilib ki, müasir dövrdə ekoloji təhlükəsizlik qlobal problemlərdən biri kimi aktual olaraq qalır.

 

"Atmosferin çirklənməsində şübhəsiz ki, nəqliyyat vasitələrinin sayının gündən günə artmasının böyük təsiri var. Nəqliyyatın müxtəlif növlərinin fəaliyyəti nəticəsində hər gün atmosferə külli miqdarda zəhərli qazlar atılır, ətraf mühitə yüksək texnogen təsir göstərilir və insanların sağlamlığı üçün ciddi təhlükə yaranır.

 

Dünyada, eləcə də, ölkəmizdə daxili yanma mühərrikləri ilə işləyən avtonəqliyyat vasitələri atmosferi çirkləndirən başlıca mənbə növü olaraq qalır. Hava hövzəsinin çirklənməsində avtonəqliyyat vasitələrinin payı 80%-dir.

 

Hesablamalara görə, ölkəmizdə avtomobil nəqliyyatından atmosferə il ərzində atılan zərərli maddələrin miqdarı 700 min tona yaxındır.

 

Baş Dövlət Yol Polisi İdarəsi bir daha nəqliyyat vasitələrinin sahiblərini, sürücüləri, eləcə də avtonəqliyyat müəssisələrinin rəhbərliyini istifadələrində olan avtomobilləri saz vəziyyətdə saxlamağa, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etməyə çağırır", - məlumatda deyilir.

Избранный
265
49
sfera.az

10Источники