Futzal üzrə Azərbaycan kubokunun final oyununa təyinatlar açıqlanıb.
Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Matçı FİFA referiləri idarə edəcək.
7 may
14.00. "Araz-Naxçıvan" – "Baku Fire"
Hakimlər: Əli Cəbrayılov, Hikmət Qafarlı, Kənan Məlikov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı İdman Sarayı