RU

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Mayın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qambiyaya işgüzar səfəri çərçivəsində Mərakeş Krallığının xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilər naziri Nasser Bourita ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Xezerxeber.az-a bildirilib ki, görüş zamanı Azərbaycan və Mərakeş arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb.

İki ölkə arasında mövcud əməkdaşlıq gündəliyindən bəhs edən C.Bayramov Azərbaycan və Mərakeş arasında ticarət, enerji, təhsil, parlamentlərarası əlaqələr və digər sahələrdə əməkdaşlığın geniş inkişaf potensialının mövcudluğunu qeyd edib.

O, həmçinin BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Qoşulmama Hərəkatı (QH) kimi çoxtərəfli platformalarda həyata keçirilən təmasların və bu platformalarda ölkələrin bir-birinin mövqeyinə göstərdiyi qarşılıqlı dəstəyin ikitərəfli münasibətlər üçün mühüm rol oynadığını qeyd edib.

Görüş zamanı nazirlər iki ölkə arasında ümumvətəndaş pasportları sahibləri üçün viza rejiminin aradan qaldırılması barədə sazişi imzalayıblar.

  • Azərbaycanla
  • Azərbaycanla
Избранный
194
40
xezerxeber.az

10Источники