Tbilisi. Trend:
AİB ölkələrə iqlim dəyişikliyi ilə mübarizə üçün iddialıaddımlar atmağa kömək etməyə davam etməlidir.
Trend-in bazar günü verdiyi məlumata görə, bu barədə Özbəkistanbaş nazirinin müavini Cəmşid Xocayev AİB-in Tbilisidə keçirilənillik toplantısı ilə bağlı açıqlamasında bildirib.
“Biz AİB-ni icmaların ehtiyaclarına diqqət yetirərək insankapitalına investisiyaların dəstəklənməsi üçün səylərigücləndirməyə çağırırıq.
Biz inanırıq ki, AİB Paris Sazişinin məqsədlərinə çatmaq üçünqabaqcıl və iqlimə davamlı yanaşmalara sərmayə qoyaraq, ölkələrəiddialı iqlim tədbirləri görməyə və ətraf mühitin davamlılığınanail olmağa kömək etmək üçün səylərini davam etdirməlidir”, - deyəo bildirib.
Xocayev həmçinin AİB-i tərəfdaş ölkələrə keçmiş, indiki vəgələcək sarsıntılara tab gətirməkdə kömək etmək üçün iqtisadi vəmaliyyə dayanıqlığını gücləndirməyə çağırır.
Onun sözlərinə görə, Özbəkistan AİB-in keyfiyyətliinfrastruktura davamlı dəstəyini alqışlayır.
“Əsas rəqəmsal infrastruktura daha ədalətli çıxışındəstəklənməsi bu səylərin mühüm elementi olacaq. Özbəkistanxalqımız üçün daha yaxşı gələcək qurmaq üçün AİB və onun üzvləriilə sıx əməkdaşlıq etməyə sadiqdir”, - deyə Xocayev bildirib.
Xatırladaq ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illiktoplantının mövzusu "Gələcəyə Körpü"dür.
İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okeanregionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdənkeçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə miniştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi banklarınrəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorunnümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarınınnümayəndələri, gənclər, elm və media nümayəndələri iştirakedir.