RU

CHP-dən kəskin dönüş: Ərdoğanla görüşdən sonra Kılıçdaroğluna xəbərdarlıq edildi

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Prezident Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra sələfi Kamal Kılıçdaroğlu ilə bir araya gəlib.

Teleqraf.com xəbər verir ki, Özəlin görüşdə siyasi meydanda yumşalma prosesinə mane olmamaq barədə Kılıçdaroğluna xəbərdarlıq etdiyi bildirilir.

Ərdoğanla görüşə sərt təpki verən Kılıçdaroğluna iradını bildirən Özəlin CHP-nin sabiq sədrinə belə dediyi iddia olunur: “Siyasətdə yumşalma prosesinə maneə yaradılmamalıdır".

Görüşdə siyasi gündəmdə olan bütün mövzular müzakirə olunub. Özəlin Ərdoğanla danışıqlar prosesinin həm CHP, həm də Türkiyə demokratiyası üçün qazanc olduğunu vurğuladığı məlum olub. Özəl siyasətdə yumşalma ehtiyacı məsələsinin üzərində təkidlə dayanıb.

Özəl Kılıçdaroğlu ilə xoş axşam yeməyi yediklərini və heç bir problem yaşamadıqlarını söyləyib: "Prezident Ərdoğanla görüşümlə bağlı məlumat verdim. Önəmli detalları bölüşdüm" .

Prezident Ərdoğanla görüşündən əvvəl Özəli sərt sözlərlə tənqid edən Kılıçdaroğlu "müzakirə yox, mübarizə olmalıdır" deyərək, diqqət mərkəzinə düşmüşdü. Özəl bunun ardınca sələfinin sözlərini "lazımsız müzakirə" adlandırmış, onun tükənmiş siyasi gələcəyinə ümid vermək fikrində olmadığını demişdi.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
80
42
teleqraf.com

10Источники