RU

Ermənistan və 3 ölkədən başqa Rusiyadan heç kim şəkər idxal edə bilməyəcək


Rusiya hökuməti qamış və ya çuğundur şəkərinin və kimyəvi cəhətdən təmiz saxaroza ixracına müvəqqəti qadağa qoyub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabineti qərar qəbul edib.
"Məhdudiyyət 31 avqust 2024-cü il tarixinədək qüvvədə olacaq. Qərar daxili ərzaq bazarının sabitliyini qorumaq məqsədi daşıyır", - deyə qərarda qeyd olunub.
Qərarda bir sıra istisnalar nəzərdə tutulur. Avrasiya İqtisadi İttifaqı ölkələrinə müəyyən həcmlərdə şəkər tədarükü mümkün olacaq. O cümlədən, Ermənistana 28 min ton, Belarusa 5 min ton, Qazaxıstana 120 min ton, Qırğızıstana 28,5 min ton ixraca icazə verilir. Həmin həcmlərin xarici ticarət fəaliyyətinin iştirakçıları arasında bölüşdürülməsi Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilib.

 
Избранный
49
2
yeniavaz.com

3Источники