RU

Çiyələyin bilmədiyimiz ZƏRƏRLƏRİ - Həddən artıq yeyildikdə...

Yaz aylarının vazgeçilməz meyvələrindən biri də çiyələkdir. Həm ətri, həm də görüntüsü ilə göz oxşayan bu meyvə dərman və kosmetika sahəsində istifadə edilir.

 

Sfera.az xəbər verir ki, çiyələk A, C, B6, B12 vitaminləri ilə yanaşı, dəmir, fosfor, manqan, maqnezium və kalium kimi minerallarla da zəngindir.

 

Mövsümdə yeyilən çiyələk tərkibindəki faydalı maddələr sayəsində sağlamlığımızın keşikçisinə çevrilir. Lakin bu meyvə bəzi məqamlarda zərərli olur. Çiyələk həddən artıq yeyildikdə allergiya, köp, ürəkbulanma, qusma və qarın ağrısına səbəb olur. Normadan çox qəbul edildikdə mədədə yanma hissi yaradır.

 

Çiyələyin faydaları zərərlərindən daha çoxdur. Bu meyvə xolesterol səviyyəsini stabilləşdirir. Sümüklərin sağlamlığı baxımından çiyələk olduqca faydalıdır. Xüsusilə uşaqların inkişafına kömək edir və yaşlı insanlarda sümükləri möhkəmlənməsinə səbəb olur.

 

Həmçinin orqanizmdə xərçəngə səbəb ola biləcək proseslərin qarşısını alır və xərçəng riskini xeyli dərəcə azaldır.  

 

Bu meyvə həm kosmetik vasitə olaraq, həm də sağlamlıq baxımından olduqca faydalıdır.

 

Ülkər Abdurahmanlı

Избранный
149
17
sfera.az

10Источники