Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya 52 vilayətdə keçirilən \"NARKOÇELİK-15” əməliyyatında 363 narko tacir saxlandığını açıqlayıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Nazir bu əməliyyatlar nəticəsində 217 kiloqram narkotik maddə və 1 milyon 111 min narkotik həbin müsadirə edildiyini də bildirib.
Qeyd edək ki, Narkotik Cinayətlərlə Mübarizə Şöbə Müdirliyi tərəfindən həyata keçirilən əməliyyatda, 38,5 kq metamfetamin, 16 kq kokain, 3 kq bonzai xammalı da müsadirə edilib.
Oksana