RU

Ailəsinin qətlində şübhəli litvalı Almaniyada saxlanıldı

Almaniya Federal Polisi ötən ilin noyabrında Türkiyədə keçmiş arvadı və 15 yaşlı qızını öldürməkdə şübhəli bilinən 47 yaşlı litvalını saxlayıb.

Medianews.az report-a istinadən xəbər verir ki, bu barədə “Mittelbayerische Zeitung” qəzeti məlumat yayıb.

Almaniya polisi Yuxarı Pfalzda (Bavariya) şəhərlərarası avtobusda beynəlxalq axtarışda olan şübhəli şəxsi saxlayıb. O, Praqadan Münhenə gedən avtobusda Vaydhaus yaxınlığında sərhəd nəzarətindən keçməyə cəhd edib.

Hüquq-mühafizə orqanlarının nümayəndələrinin sözlərinə görə, həmin şəxs həbs olunaraq Türkiyəyə ekstradisiya ediləcək. Ekstradisiya ilə bağlı qərarı hazırda işlə məşğul olan Nürnberq prokurorluğu verməlidir.

Türkiyənin “Kent TV” telekanalı xəbər verir ki, söhbət Bodrumda Rusiya vətəndaşı İrina Dvizova və qızı Dayana Dvizovanı qətlə yetirməkdə şübhəli bilinən Andrey Kuşleviçdən (Kusleviç) gedir. Saxlanılan şəxsin təsviri ona uyğun gəlir.

Bundan əvvəl “Sabah” qəzeti hüquq-mühafizə orqanlarına istinadən xəbər vermişdi ki, Bodrumda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs cinayətdən sonra Türkiyəni tərk edərək Litvaya uçub. Nəşr qeyd edib ki, şübhəli şəxs Litva Silahlı Qüvvələrində müqavilə əsasında xidmət edir.

Избранный
224
7
medianews.az

10Источники