RU

"Bavariya"nın idman direktoru finalda "Borussiya"ya azarkeşlik edəcək

"Bavariya"nın idman direktoru Maksimilian Eberl Çempionlar Liqasının yarımfinalında "Real Madrid"ə qarşı keçirilən oyunda hakimlikdən kəskin danışıb və turnirin finalında "Borussiya Dortmund"a niyə köklənəcəyini açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, onun sözlərindən "Sky Sports" sitat gətirir.

"Hakim bunun onun səhvi olduğunu dedi. Biz buna əhəmiyyət vermirik. De Liqt həmçinin Marçinyakın səhvini etiraf etdiyini və Mazrauyi və "Real Madrid" müdafiəçisi Antonio Rüdigerin bir-birinə nə qədər yaxın olduğunu görmədiyini də izah edib. Sonra da deyib: Bağışla, mən bunu görmədim. Buna görə də finalda "Borussiya”ya azarkeşlik edəcəyəm", deyə Ebrel bildirib.

Qeyd edək ki, "Real Madrid"lə "Bavaraiya" Çempionlar Liqasının yarımfinalında qarşılaşıb. İlk oyun 2:1 hesabı ilə başa çatıb. Ötən axşam Madriddə keçirilən cavab qarşılaşmasında meydan sahibləri 2:1 hesabı ilə qalib gələrək, finala çıxıblar. "Bavariya"nın müdafiəçisi Mattis de Liqt son dəqiqələrdə qol vursa da, ofsayd qeydə alıb. 

Onu da qeyd edək ki, "Real Madrid" finalda digər Almaniya təmsilçisi "Borussiya Dortmund"la qarşılaşacaq. Oyun iyunun 1-də Londondakı "Uembli" stadionunda keçiriləcək.

Alpər
Избранный
368
2
qaynarinfo.az

10Источники