Tarix: 11 May 2024 13:45
Müğənni Zamiq Hüseynov "Avroviziya" mahnı müsabiqəsinə qatılmaqla bağlı sualları cavablandırıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Zaurla Günaydın" proqramına qonaq olan sənətçiyə bununla bağlı sual ünvanlanıb. Zamiq yarışmada Azərbaycanı təmsil etmək istəyinin olub-olmaması haqda suallara belə reaksiya verib:
"Həyatda istədiyimi etməyə gücüm var. Amma özümü ora hazırlamağa düşünmürəm. Hiss etmirəm ki, gedim... Əgər gözmdə bunu canlandırsam, edərəm".
"Avroviziya" təmsilçilərimizdən danışan Zamiq "Uşaqlar istedadlıdır. Amma olmadı. Samirlə Elnur mənim üçün ən pik hədd idi. Səs olaraq bütün iştirakçılar əla idi. Amma mahnı olaraq, onların oxuduğu birincidir. Düşünürəm ki, ilk dəfə yox, üçüncü, dördüncü dəfə onlar getsəydi, birinci olardılar" sözlərini deyib.
Milli.Az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта