RU

Ərəbistan sakinləri istilərdən görün necə xilas olublar - FOTO

Min illər əvvəl Ərəbistan yarımadasında yaşayan insanlar istidən xilas olmaq üçün yerin altında yaşayıblar. Oradakı sərin hava insanların və mal-qaranın illərlə məşkunlaşmasına səbəb olub.

News24.az Publika.az-a istinadla xəbər verir ki, arxeoloqlar daş dövründən bəri Neolit çobanları lava boruları kimi tanınan bu nəhəng tunellərə enərək onları aşkar ediblər.

Tədqiqatçılar "PLOS One" jurnalında dərc olunan məqalədə bildiriblər ki, qazıntılar zamanı çobanların bır sıra əşyaları tapılıb, onlar həmçinin qaya divarlarına naxışlar həkk ediblər.

Səudiyyə Ərəbistanında Mədinənin təxminən 125 km şimalında yerləşən Harrat Xeybar lava yatağı bölgənin ən uzun Umm Cirsan adlı tunel sisteminə ev sahibliyi edir. Elm adamları bu sistemi meydana gətirən lavanın yaşını hələ təsdiqləməyiblər, lakin 2007-ci ildə aparılan araşdırma onun təxminən 3 milyon il yaşı olduğunu müəyyən edib. Umm Cirsan 1,5 km uzanır və keçidlərinin hündürlüyü 12 m, eni isə 45 m-ə çatır.

Arxeoloqlar bu yaxınlarda Umm Cirsanda yaşı 400-4000 il əvvəl arasında dəyişən heyvan sümükləri və 150 ildən təxminən 6 min il əvvələ aid insan qalıqları aşkar ediblər. Tədqiqat qrupu həmçinin toxuculuq parçaları, oyma ağac parçaları və onlarla daş alətə rast gəlib. Bütün bunlar insanların ən azı 7 min il əvvəl tunellərdən istifadə etdiklərinin ilk sübutudur.


Избранный
243
1
news24.az

10Источники