İngiltərə Premyer Liqasının cari mövsümü başa çatmaq üzrədir.
Oxu.Az xəbər verir ki, sonuncudan əvvəlki 37-ci tur çərçivəsində ilk pillələrdə qərarlaşan iki klub üz-üzə gəlib.
“Aston Villa”nın “Liverpul”u qəbul etdiyi matçda tamaşaçılar altı qolun şahidi olublar.
Ev sahibləri oyunun gedişində iki top fərqlə uduzduqları halda, son dəqiqələrdə iki qol vuraraq məğlubiyyətdən yaxa qurtarıblar - 3:3.
Hazırda komandalar turnir cədvəlində qonşu mövqelərdə qərarlaşıblar. “Liverpul” 79 xalla üçüncü, “Aston Villa” isə 68 xalla dördüncüdür.