RU

Qərb Gürcüstanı uduzur, gürcülər isə torpaqların geri qazanır

ABŞ və Avropa Birliyi özünə elə əl qatıb ki, sanki dünyanın taleyi Tiflisdə həll olunur, guya Gürcüstan o qanunu qəbul etdisə, yer-göy dağılacaq...

Başlıq iddialı görünə bilər, amma yanlış nəticə üçün tələsməyək. Qərb hazırda bütün informasiya-təblğat qüvvələrini Tiflis küçələrinə töküb. Avropa Parlamentinin bir neçə ölkədən olan təmsilçiləri də daxil indi Qərb Tiflisdəki hadisələrə yön verməyə, daha doğrusu, “rus qanununa” müqavimət təşkil etmək adı altında əvvəl paytaxtda, sonra isə bütün ölkədə vəziyyəti gərginləşdirməyə çalışırlar.

Hökumət belə görünür ki, önləmlərini alıb, hadisələrin axarını Qərbin “rəngli inqilab” texnoloqlarının nəzarətinə vermək niyyətində deyil. Amerika, Avropa Birliyi özünə elə əl qatıb ki, sanki dünyanın taleyi Tiflisdə həll olunur. Guya Gürcüstan bu qanunu qəbul etdisə, yer-göy dağılacaq. Amerika 8 aya yaxındır Yaxın Şərqdə yaşanan insanlıq faciəsini, ölüm-itimləri də unudub, bütün diqqətini Cənubi Qafqazlın bu kiçik dövlətinə yönəldib. 

287900988_0_67_1280_787_1280x0_80_0_0_df65e17081b351f76433d1b23af17bc0.jpg

Dövlət katibinin nümayəndəsinin də artıq Tiflisə yola düşdüyü açıqlanıb. Söhbət ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri, ABŞ-ın sanksiya siyasəti üzrə koordinatoru O`Brayendən gedir. Bildirilir ki, O`Brayen həm də “konkret sanksiyalar paketi ilə” Gürcüstana gəlir. Baş nazir İrakli Koxabidze ABŞ-ın bu addımını şantaj adlandırıb və “Gürcü arzusu”nun fəxri sədri Bdzina İvanişvilinin O`Brayenlə görüşməyəcəyini deyib. Avropa Parlamentinin nümayəndələrini də rəsmi qəbul edə yoxdur. Gürcü hökuməti Qərbin siyasi dəllalarını yaxşı tanıyır, onlara xoş üz göstərməməklə düz edirlər. Onların yanlış ynləndirmələrinə uysaydılar, indi Tiflis küçələrində də gürcülər meyit daşıyırdılar. Hələ də Gürcüstanı Ukraynanın gününə salmaq planınından əl çəkmirlər. Siz kimsiziniz axı gəlib bir şəhəriniz boyda olan ölkədə 2500 QHT yaradıb, demokratiya adı altında həm də “inqilab yuvaları” yaradırsız, onların vasitəsilə də ökəyə öz şərtlərinizi, öz iradənizi diktə etmək istəyirsiz. Bunun bir sonu, bir qayda-qanunu olmalıdır də. ABŞ dollarının hökmranlığını dünya qəbul edir, amma dollar verib istənilən ölkədə demokratiya adı altında öz iradəni, kukla hökumətlərini yarada da bilməzsən... SSRİ, Yuqoslaviya yenicə dağılanda bu mümkün oldu, dollarlar çox iş gördü, amma çox da qanlara, göz yaşlarına bais oldu, neçə-neçə ölkələr xaraba qaldı. 

2024-05-13T053719Z_1000011223_RC2HP7AA866R_RTRMADP_3_GEORGIA-POLITICS-PROTESTS.jpg

Həmişə o fikirdə olmuşam ki, Qərb Ukraynadan əvvəl Gürcüstanı Rusiyanın qurbanı etmək istəyirdi, o səbəbdən Saakaşvilini hazırlıqsız savaşa çəkdi, amma tezliklə onu da anladı ki, balaca ölkə təpədən-dırnağa silahlı Rusiya ilə müharibədə elə 5 gün davam gətirə bilər. O səbəbdən 2014-cü il “Maydan hərəkatı”ndan başlayaraq Ukraynanı Rusiya ilə müharibə üçün hazırlamağa başladılar. Sabiq Almaniya kansleri Merkel də ötənlərdə etiraf etdi ki, Rusiya-Ukrayna arasındakı Minsk razılaşması Kiyevi genişmiqyaslı müharibəyə hazırlamaq üçün vaxt qazanmağa hesablanmışdı. Hər şeyi özləri etiraf ediblər.

Gürcüstanda yeni qanun legitimləşsə, Amerika bu dəfə dollarlar itirməyəcək, amma anlayırlar ki, itirəcəkləri daha qiymətli olacaq. Hökm və nəzarət daha onlarda olmayacaq. Qərbin Gürcüstandakı davasının, dirənişinin başqa adı yoxdur. Gürcüstan öz yolu ilə getmək istəyir, ola bilsin ki, buna yanlış deyib, etiraz edənlər də olacaq, olmalıdır da, bu da təbiidir. Amma “Gürcü arzusu” xalqın seçdiyi hökumətdir, onlar seçkidə gedərlərsə, bir başqa Qərbyönümlü qüvvə gələ bilər. İndi bu seçilmiş hökumət də təkcə İvanaşvilinin qərarlarına icra etmir, bu qanuna tərəfdar olan gürcülər də az deyil. Bu demokratiya çarçıları isə onları əzib keçmək, ancaq öz iradələrini yeritmək istəyirlər. 

2023-03-09T083846Z_210849830_RC2WPZ97KSWL_RTRMADP_3_GEORGIA-POLITICS.JPG.jpg

Bir siyasi liderin çıxışından parçaya baxdım. Guya Qərb Gürcüstanda da demokratiya, islahat istəyir, Azərbaycanda da. Soruşan yoxdur ki,sən özün ətrafında islahat apardımmı ki, Qərbdən dövlət üçün islahat umasan. Həm də bizi Qərbin səmimiyyiyətinə inandırmaq istəyir. Hansı Qərbin, hansı Avropa Birliyini öyürsən? Hansı Amerikanı deyirsən? Qarabağı Azərbaycandan qoparmaq üçün hər cür hiyləyə əl atanlarımı? Ölkədə siyasi islahatlara əlbəttə ki, ehtiyac var, amma bunu Qərbin dələduz dairələrinin öhdəsinə buraxmaq da olmaz.

Gürcüstanın xanım prezidenti ötənlərdə deyib ki, Rusiya işğal olunmuş Gürcüstan torpaqlarından çəkilməlidir. Haqlı deyir. Bunu əvvəllər də yazmışam, Rusiya Ukrayna müharibəsindən salamat çıxa bilsə, qarşıdakı aylarda Gürcüstanın ərazi bütövlüyünə əvvəlki qəsd planlarlarında mütləq düzəliş etmək məcburiyyətdə qalacaq, ən azı bunun yollarını axtaracaq. Abxaziyanı “tanınması” hələ heç nə demək deyil, heç bir beynəlxalq hüququ olmayan kağız parçasıdır. Gürcüstanın indiki hökuməti məncə anlayır ki, onların ərazi bötüvlüyünü Qərb “dimdiyində” gətirməyəcək. Rəsmi Tiflis dəfələrlə ölkənin birləşməsi(mümkündür ki, bəlkə də federasiya şəklində) halında Abxaziya və Cənubi Osetiyaya 10 milyard dollar sərmayə qoymağa hazır olduqlarını bəyan edib. 

Screenshot_3.png

Abxaziya və Gürcüstanın konfederal dövlət çərçivəsində birləşdirilməsi ideyası hələ 2008-ci ilin avqust müharibəsindən əvvəl Moskvanın iştirakı ilə Tiflis və Suxumi arasında aparılan danışıqlarda müzakirə olunub. Bu danışıqlar Rusiya Abxaziya və Cənubi Osetiyanı müharibə nəticəsində faktiki olaraq işğal etdikdən sonra da aparılıb həm də.2008-ci ilin avqustunda Rusiyanın o zamankı prezidenti Dmitri Medvedyev Cənubi Osetiya və Abxaziyanın konfederasiyaya birləşməsini təklif edib, lakin Gürcüstanın o vaxtkı prezidenti Mixail Saakaşvili bu ideyanı rədd edib, aydındır Rusiyaya görə Qərb buna imkan verməyib. Nəticədə Rusiya separatçı regionların “müstəqilliyini” tanıyıb. İndi Suxumudə separatçılar artıq narahatdırlar ki, “Rusiyanın regional siyasətində tektonik plitələr dəyişdikdə” Abxaziya Moskva və Tiflisin “böyük planın bir hissəsinə çevrilə bilər”. Separatçılar açıq şəkildə İvanaşvilini Abxaziyanın “suverenliyi” üçün Mixail Saakaşvilidən qat-qat təhlükəli hesab edirlər...

Yəni ehtimal edilir ki, Moskva-Tiflis arasında hansısa pərdəarxası danışıqlar da var. Ukraynaya təcavüzündən sonra Tiflis Qərb dövlətlərinin Moskvaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmaqdan imtina edib, rəsmi olaraq Ukraynanı dəstəkləsələr də, öz ritorika və hərəkətlərində çox təmkinlidirlər. Qərb Cənubi Qafqazda “arxa baxçasını” itirməmək üçün hələ cəhdlər edəcək. Görək, bunun üçün sanksiyalardan başqa daha hansı planları var...

Nazim SABİROĞLU,
Musavat.com

Избранный
347
20
musavat.com

10Источники