Müəllif:Ayşən İmanova/Banco.az
Amerikalı biznesmen Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq niyyətində olduğunu bildirib.
Banco.az xəbər verir ki, sahibkar və “Los Angeles Dodgers” beysbol komandasının keçmiş sahibi Frenk Makkurt bildirib ki, onun qeyri-kommersiya təşkilatı “Project Liberty” “Guggenheim Securities” investisiya bankı ilə aktivlərin alınması üçün konsorsium yaradılması üzərində işləyir.
Müvəffəq olduğu təqdirdə, Makkurt, fərdi istifadəçilərə məlumatlarına daha çox nəzarət etmək üçün “TikTok”u dəyişdirməyi planlaşdırdığını qeyd edib.
Xatırladaq ki, Bayden bu yaxınlarda Çinin “ByteDance” şirkətinə ABŞ aktivlərini satmaq üçün doqquz ay vaxtı olan qanun imzalayıb. Əks halda ABŞ-də xidmət qadağan olunacaq.