Dünya şöhrətli müğənni Şakira növbəti mahnısını futbola hədiyyə edəcək.
Sportinfo.az xəbər verir ki, bu haqda “Sky news” məlumat yayıb.
Belə ki, onun Cardi B ilə oxuduğu “Punteria” mahnısı “Copa America” yarışmasında istifadə olunacaq.
Kolumbiyalı müğənninin ifaları 2006-cı ildə Almaniyada və 2010-cu ildə Cənubi Afrikada keçirilən futbol üzrə dünya çempionatında himnə çevrilmişdi.