RU

Fələstin FİFA-dan İsrailin üzvlüyünü dayandırmağı tələb etdi

Fələstin Futbol Federasiyasının prezidenti Cibril Racup Beynəlxalq Futbol Federasiyasından (FİFA) İsrail Futbol Federasiyasının təşkilata üzvlüyünü müvəqqəti dayandırmağı tələb edib.

 

Modern.az xəbər verir ki, o, bunu Banqkokda keçirilən FİFA-nın 74-cü konqresi zamanı deyib.

 

"Biz Fələstin federasiyasının hüquqlarına hörmət edilənə qədər İsrail federasiyasının FİFA-ya üzvlüyünü müvəqqəti dayandırmağa çağırırıq. Bu təklif FİFA-nın səlahiyyətlərinə aiddir, çünki qurum onun nizamnaməsinə hörmət etməyə çalışmalıdır", - Racup əlavə edib.

 

İsrail Futbol Federasiyasının rəhbəri Ofer Eini isə hesab edib ki, bu təşəbbüs idmanın ruhuna ziddir: “Biz Fələstin federasiyasının İsrail federasiyasına zərər vurmaq cəhdi ilə üzləşmişik. Biz heç vaxt FİFA qaydalarını pozmamışıq və gələcəkdə də pozmağı planlaşdırmırıq, Fələstin federasiyasından gələn təklifin bizim federasiya heç bir əlaqəsi yoxdur. Bu təklif İsrail federasiyasının fəaliyyəti ilə idmanın ruhu ilə əlaqəli deyil, siyasidir”.

Избранный
196
50
modern.az

10Источники