Mayın 17-də Azərbaycan Dövlət Neft və SənayeUniversitetində (ADNSU) “Yaşıl dünya naminəhəmrəylik ili” çərçivəsində “20 may ümumdünyametrologiya günü” münasibətilə “Dəqiq ölçmələrdayanıqlı yaşıl dünya naminə” mövzusuna həsrolunmuş V Beynəlxalq elmi-praktiki simpoziumunaçılış mərasimi keçirilib.
ADNSU-dan AzEdu.az-a bildirilib ki, simpozium çərçivəsindəADNSU ilə Azərbaycan Metrologiya İnstitutu (AzMİ) arasında “AzMİ Akademiya”nın yaradılması ilə bağlısaziş imzalanıb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin vəAzərbaycan Respublikasının ərazi bütövlüyü uğrundacanlarından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəliksükutla yad edilib.
Simpoziumda ADNSU-nun rektor əvəzi, dosent VazehƏskərov iştirakçıları salamlayaraq Prezident İlham Əliyevin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylikili” elan etməsi və Azərbaycanın COP29-a ev sahibliyiilə ölkədə bu istiqamətdə genişmiqyaslı və əhəmiyyətliişlər görüldüyünü deyib. ADNSU-da da il çərçivəsindəmüxtəlif tədbirlərin, o cümlədən, konfrans vəsimpoziumların keçirldiyini qeyd edən dosent Vazeh Əskərov ADNSU-nun İqtisadiyyat Nazirliyininyanında Antiinhisar və İstehlak Bazarına NəzarətDövlət Xidmətinin tabeliyində olan 3 qurum-Azərbaycan Metrologiya İnstitutu, Azərbaycan Standartlaşdırma İnstitutu, Azərbaycan Akkreditasiya Mərkəzi ilə sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib. Dosent Vazeh Əskərov simpozium çərçivəsində “AzMİ Akademiya”nın yaradılmasıbarədə saziş imzalanmasının innovativ həllərlə tədrisin inkişafı istiqamətində birgə əməkdaşlığa mühüm töhfə verəcək növbəti addım olduğunu deyib və csimpoziumun işinə uğurlar arzu edib.
Sonra ADNSU və Azərbaycan Metrologiya İnstitutuarasında “AzMİ Akademiya”nın yaradılması barədəsaziş imzalanıb.
Antiinhisar və İstehlak Bazarına Nəzarət DövlətXidmətinin Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiri Xamis Seyranov çıxışında təmsil etdiyiqurumun fəaliyyətindən və ADNSU ilə uğurlu əməkdaşlıqdan danışıb. Bu əməkdaşlıq çərçivəsində birgə bir sıra uğurlu layihələrin icra olunduğunu deyən Xamis Seyranov “AzMİ Akademiya”nın yaradılmasının bu əlaqələrin yeni müstəvidə inkişafında, xüsusilə də metrologiya infrastrukturunun inkişafında xüsusi rolu olacağına əminliyini deyib.
Konfransa onlayn formada qoşulan Türkiyə Elmi vəTexnoloji Tədqiqat Şurasının Milli Metrologiya İnstitutunun (TÜBİTAK UME) direktoru Mustafa Çetintaş və TÜBİTAK UME direktor müavini Ramiz Hamid simpoziumun əhəmiyyətindən danışıb və“AzMİ Akademiya”nın yaradılması münasibəti ilə təbriklərini çatdırıblar.
Sonda ADNSU-nun “Cihaz mühəndisliyi” kafedrasının müdiri, simpoziumun həmsədri, professor Lalə Bəkirova Beynəlxalq simpoziumun yaşıl dünyaquruculuğundakı rolu və əhəmiyyətindən danışıb.
Beynəlxalq simpoziuma onlayn formatda Türkiyə, Qazaxıstan, Rusiya, Portuqaliya, Fransa və digərölkələrdən 50-yə yaxın iştirakçı qoşulub.
Simpozium yaşıl dünya naminə metrologiyanın bugünü və sabahı, yaşıl dünya konsepsiyalarınd amexatronika mühəndisliyinə yeni yanaşma, müasir ölçmələrdə yaşıl texnolgiyalar və digər mövzularda çıxışlarla davam edib.