İran Prezidenti İbrahim Rəisi və digər rəsmi şəxslərin olduğu helikopterin qəzaya uğraması ilə bağlı axtarış ilərinə “AKINCI” pilotsuz uçuş aparatı və “Cougar” tipli helikopter cəlb edilib.
APA xəbər verir ki, bum barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
bildirilib ki, İran hakimiyyətinin Türkiyə Xarici İşlər Nazirliyi vasitəsilə etdiyi müraciət əsasında İran Prezidentinin və onun nümayəndə heyətinin qəzaya uğramış helikopterinin axtarış-xilasetmə işlərində iştirak etmək üçün “AKINCI” pilotsuz uçuş aparatı və gecəgörmə qabiliyyətinə malik “Cougar” tipli helikopter təyin edilib.
***
19.05.2024
Saat 23:10
İran Prezidenti İbrahim Rəisi və digər rəsmi şəxslərin olduğu helikopterin qəzaya uğramasından sonra İran tərəfi Türkiyədən gecəgörmə axtarış-xilasetmə helikopteri istəyib.
APA xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, artıq 32 alpinist axtarış-xilasetmə qrupu və 6 maşın yola salınıb.