Bu gün Formula 1 üzrə dünya çempionatında 2024-cü il mövsümünün növbəti mərhələsi – 7-ci qran-prisi baş tutub.
Arena.az xəbər verir ki, budəfəki qran-pri İtaliyada təşkil olunub.
İmola şəhərində keçirilən yarış ötən mövsümün çempionu, “Red Bull”un üzvü Maks Ferstappenin qələbəsiylə yekunlaşıb. Niderlanddan olan 26 yaşlı pilot 63 dövrəlik yarışı 1:25:25.252 göstərici ilə ilk sırada bitirib. Bu, onun cari mövsümdə 5-ci, karyerasında isə 59-cu qələbəsidir.
Mayamidə baş tutan bundan əvvəlki turda karyerasında ilk dəfə mərhələ qalibi ollmuş “Maklaren”in pilotu Lando Norris İmolada 2-ci yeri tutub. Üçüncü yer “Ferrari”nin sürücüsü Şarl Leklerə qismət olub.
7 turdan sonra 161 xala malik Maks Ferstappen vahid liderdir. Şarl Lekler 113 xalla ikincidirsə, Serxio Peres 107 xalla 3-cü sırada qərarlaşıb.
Mühəndislər Kubokunda da “Red Bull” 268 xalla vahid liderdir. “Ferrari” 212 xalla ikinci, “Maklaren” 154 xalla üçüncüdür.
Formula 1 üzrə dünya çempionatında 2024 mövsümünün növbəti – 8-ci qran-prisi Monakoda keçiriləcək. Sözügedən yarış mayın 26-da baş tutacaq.
Dünya çempionatı, 2024
Pilotların yarışında turnir cədvəli:
- Maks Ferstappen (Red Bull) – 161
- Şarl Lekler (Ferrari) – 113
- Serxio Peres (Red Bull) – 107
- Lando Norris (Maklaren) – 101
- Karlos Sayns (Ferrari) – 93
- Oskar Piastri (Maklaren) – 53
- Corc Rassell (Mersedes) – 44
- Luis Hamilton (Mersedes) – 35
- Fernando Alonso (Aston Martin) – 33
- Yuki Tsunoda (Rasinq Bulls) – 15
- Lens Stroll (Aston Martin) – 11
- Oliver Berman (Ferrari) – 6
- Niko Hulkenberq (Haas) – 6
- Daniel Rikkardo (Rasinq Bulls) – 5
- Esteban Okon (Alpin) – 1
- Kevin Maqnussen (Haas) – 1
- Aleksander Albon (Uilyams) – 0
- Jou Quanyu (Zauber) – 0
- Pyer Qasli (Alpin) – 0
- Valtteri Bottas (Zauber) – 0
- Loqan Sarcent (Uilyams) – 0
Mühəndislər Kubokunda xal sıralaması:
- Red Bull – 268
- Ferrari – 212
- Maklaren – 154
- Mersedes – 79
- Aston Martin – 44
- Rasinq Bulls – 20
- Haas – 7
- Alpin – 1
- Uilyams – 0
- Zauber – 0