RU

Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 

“Mən həyat yoldaşım İradəni əvəz edə bilmərəm. Bu, mümkün deyil, heç vaxt ola bilməz. O elə bir qəlbə malik olan insan idi ki... Biz bir-birimizi tamamlayırdıq. Qəribədir... Biz o qədər bir-birimizə bağlı idik ki...” 

Bizim.Media xəbər verir ki, bu sözləri məşhur televiziya və radio aparıcısı Yusif Ağayev onun yaradıcılığına və şəxsi həyatına həsr edilən “O üz” verilişində deyib. 

İki qız övladı olan Yusif 2011-ci ildə dünyasını dəyişən həyat yoldaşı İradə xanımla bağlı xatirələrini bölüşüb: 

“Kasıb günlərimiz də olub. Bunu isə heç kimdən gizlətmirəm. Amma bu bizim evdən kənara çıxmayıb və mənim kiçik məvacibimlə biz hər şeyi həll etməyə çalışmışıq. Evimiz belə yox idi. Kiçik bir otaqda mən, arvadım, uşaqlarım və anam yaşamışıq. Mən uşaqlarıma analarını heç zaman əvəz edə bilmərəm. Məni bu dünyaya bağlayan uşaqlarım və nəvələrimdir. Onları qoxlayanda elə bilirəm ki, dünyanın ən xoşbəxt insanıyam. Onlar olmasa, bəlkə də mən olmaram”. 

Ağayev xanımı ilə Şamaxıda tanış olduğunu və orada ona elçi getdiyini söyləyib: 

“Universiteti bitirəndən sonra Şamaxı rayonunun Muğanlı kəndinə təyinat aldım. Orada xanımımla tanış oldum. O kənddə sanki sevgi romanı yaşayırdı. Sentyabrda o kəndə getdim, oktyabırın 25-də artıq xanımıma elçi getdik. Bu, ildırım eşqi idi. Həyat yoldaşım İradənin barmağına iki brilliant qaşlı üzüyü taxmaqdan ötrü iki günlük Vilnyus şəhərinə getdim. Çünki onun sevdiyi və bəyəndiyi üzük orada idi.
Onu sevindirməyə çalışırdım. Bunları heç zaman unuda bilmərəm. Bu mənim həyat yolumdur. Yaşanmış həyatımdır. Bunu isə keçmişim adlandırmaq istəmirəm. Çünki keçmiş desəm, demək ki, keçmişdə qalıb. Amma keçmiş deyil. O mənim üçün yaşayır. Yaşadan da mənim övladlarımdır”. 
 


Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
956
50
bizim.media

10Источники