RU

ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı

ABŞ kəşfiyyat orqanları İran prezidenti İbrahim Rəisinin helikopterinin sərt eniş edərək yerə çırpılmasının qəza olduğunu düşünür.

Publika.az xəbər verir ki, bu barədə Senatda Demokratlar Partiyasının çoxluğunun lideri Çak Şumer “NBC News”-a bildirib. Onun sözlərinə görə, amerikalı ekspertlər qəzanın qəsdən törədilməsinə dair heç bir dəlil tapmayıblar.

“Helikopterin qəzaya uğradığı İranın şimal-qərbində çox pis, dumanlı hava olub. Beləliklə, bu, qəza kimi görünür, lakin iş hələ də araşdırılır”, - Şumer bildirib.

Eyni zamanda, İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif hesab edir ki, İran prezidentinin ölümündə ABŞ-ın əli var. Keçmiş diplomat xatırladıb ki, Vaşinqton prezidentin helikopteri üçün hissələrin tədarükünə qadağa qoyub. Onun sözlərinə görə, bu, mühərrikin aşınmasına və qəzaya səbəb olub.

Избранный
1476
2
publika.az

10Источники