RU

Avropa çempionatı: Azərbaycanın 5 güləşçisi mübarizəyə başlayır, 4-ü medal qazana bilər

Avropa

Bakı, 21 may, AZƏRTAC

Bu gün Azərbaycanın daha 5 yunan-Roma güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında mübarizəyə başlayacaq.

AZƏRTAC xəbər verir ki, təsnifat mərhələsində Nihad Quluzadə (60 kiloqram), Fərahim Mustafayev (67 kiloqram), Murad Əhmədiyev (97 kiloqram), 1/8 finalda isə Ruslan Nurullayev (72 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) xalça üzərinə çıxacaq.

Bu gün, həmçinin yığmanın 4 üzvü medal görüşünə çıxacaq. Rəşad Məmmədov (55 kiloqram) üçüncü yer uğrunda ukraynalı İvan Stefanskini, Ziya Babaşov (63 kiloqram) və Xasay Həsənli (77 kiloqram) finalda müvafiq olaraq, moldovalı Vitali Yeriomemko və türkiyəli Yüksəl Sarıçiçeki, Laçın Vəliyev (87 kiloqram) isə təsəlliverici qarşılaşmada rumıniyalı Patrik Qordanı sınağa çəkəcək.

Qeyd edək ki, Avropa çempionatı mayın 26-da başa çatacaq.

 

Избранный
174
2
azertag.az

8Источники