Türkiyənin Bursa şəhərində 30 yaşlı Sevdaya keçmiş əri bıçaqla hücum edib.
Azerforum xəbər verir ki, evinin qarşısında 6 bıçaq zərbəsi vurulan qadın həkimlərin səyləri nəticəsində sağ qalıb.
Hadisəni törədən 35 yaşlı Sezgin şərti azadlığa buraxıldıqdan sonra qadın üsyan edib:
"Mən musiqiçiyəm, dolanışığım bu işdəndir. İşdən qayıdanda keçmiş ərim yolumu kəsdi. Bıçağı götürdü. Əlim, qarnım, ürəyimin altından və ayağımdan bıçaqladı. Məni öldürmək istəyən o idi. Onu necə azad edə bilərsiniz?"
Fatimə
Azerforum.com
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта