RU

Təyyarə qəzalarında həyatını itirən və sağ qalan liderlər - FOTOLAR

Dünyada bir çox dövlət başçıları və baş nazirlər təyyarə və ya helikopter qəzalarında həyatını itirib.

 

Sfera.az dünyada indiyə qədər həyatını itirən və ya təyyarə qəzalarında sağ qalan ölkə liderlər haqqında məlumatlar təqdim edir.

 

9 dekabr 1936-cı ildə İsveçin o zamankı baş naziri Arvid Lindman, havaya qalxandan dərhal sonra sıx duman içində olduğu “Duqlas DC-2” tipli təyyarənin Kroydon hava limanı yaxınlığındakı evlərə çırpılması nəticəsində vəfat edib.


7 sentyabr 1940-cı ildə Paraqvay prezidenti marşal Xose Feliks Estiqarribia təyyarə qəzasında həlak olub.


4 iyul 1943-cü ildə İkinci Dünya Müharibəsi illərində mühacirətdə olan Polşa hökumətinə başçılıq etmiş polşalı əsgər və dövlət xadimi Vladislav Sikorski təyyarəsinin Cəbəllütariqdə qəzaya uğraması nəticəsində həlak olub.


16 iyun 1958-ci ildə Braziliyanın o zamankı prezidentinin müavini Nereu Ramos “Cruzeiro” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olub.


29 mart 1959-cu ildə Mərkəzi Afrika Respublikasının prezidenti və müstəqillik qəhrəmanı Barthelemey Boqanda təyyarəsi qəzaya uğradıqdan sonra vəfat edib.


1961-ci il sentyabrın 18-də Birləşmiş Millətlər Təşkilatının (BMT) o vaxtkı baş katibi Daq Hammarskjoldun Konqoda sülhün əldə olunmasında vasitəçilik vəzifəsini yerinə yetirən təyyarəsi indiki Zambiyada qəzaya uğradı. Qəzada Hammarskjold da daxil olmaqla 16 nəfər vəfat edib.


14 may 1966-cı ildə İraq prezidenti general Əbdülsalam Arif helikopter qəzasında həlak olub. Arif 1963-cü ilin fevralında dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlmişdi.


27 aprel 1969-cu ildə Boliviya prezidenti general Rene Barrientos vertolyotunun Koçabamba şəhərində qəzaya uğraması nəticəsində həlak olub.


1977-ci il yanvarın 18-də keçmiş Yuqoslaviyanın baş naziri Dzemal Bjediçin "Learjet 25" tipli təyyarəsi Bosniya və Herseqovinanın Kresevo şəhəri yaxınlığındakı İnac dağına çırpılıb. Qəzada Bjediç, həyat yoldaşı və 6 nəfər həlak olub.


27 may 1979-cu ildə Afrika zirvəsinə qatılmağa gedən Mavritaniyanın baş naziri podpolkovnik Əhməd Busseyfi daşıyan təyyarə Dakar sahillərində qəzaya uğrayıb. Busseyf qəza nəticəsində dünyasını dəyişib.


4 dekabr 1980-ci ildə Portuqaliyanın baş naziri Françesko Karneyro və müdafiə naziri Amaro de Kostanın təyyarəsi havaya qalxdıqdan dərhal sonra paytaxt Lissabonda qəzaya uğraması nəticəsində həlak olub.


24 may 1981-ci ildə Ekvador prezidenti Xayme Roldos Aqilera və müdafiə naziri general Marko Aurelio olduqları təyyarənin Peru sərhədi yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirib.


1 avqust 1981-ci ildə Panama prezidenti Ömer Torrixos idarə etdiyi kiçik təyyarənin meşəyə çırpılması nəticəsində dünyasını dəyişib.

 

19 oktyabr 1986-cı ildə Mozambik prezidenti Samora Macel və bir neçə Mozambik nazirinin olduğu iki mühərrikli təyyarə Mozambik-Cənubi Afrika sərhədi yaxınlığında qəzaya uğrayıb. Qəzada Macel, bəzi nazirlər və Mozambik hökumətinin yüksək rütbəli məmurları da daxil olmaqla 33 nəfər həlak olub. Qəzadan sonra aparılan araşdırmalarda pilotun günahkar olduğu məlum olub.


1 iyun 1987-ci ildə Livanın keçmiş baş naziri Rəşid Karami Beyruta getməyə hazırlaşdığı vertolyotun partlaması nəticəsində həyatını itirib. Kərəminin minəcəyi oturacağın arxasına qoyulan, təxminən 300 qram ağırlığında uzaqdan idarə olunan bomba təyyarə havaya qalxdıqdan az sonra partladılıb. Qəzada yalnız keçmiş baş nazir Kərəmi ölüb.


1988-ci il avqustun 17-də Pakistanın o zamankı prezidenti, general Zia'ul Haq, onun beş generalı və ABŞ səfiri Arnold Lewis Rapheli daşıyan “C-130” tipli hərbi təyyarə paytaxt İslamabaddan təxminən 530 kilometr cənubda, Bəhavalpur yaxınlığında qəzaya uğrayıb. Sağ qalanların olmadığı qəzada müstəntiqlər diqqəti təxribat ehtimalına yönəldiblər.


6 aprel 1994-cü ildə Kiqali hava limanı yaxınlığında Burundi prezidenti Kipr Ntaryamira və Ruanda prezidenti Juvenal Habirimananın olduğu təyyarə atəşə tutulub. Prezident sarayının yerləşdiyi ərazidə qəzaya uğrayan təyyarədən sağ qalan olmayıb.


26 fevral 2004-cü ildə Boris Traykovski və onu müşayiət edən nümayəndə heyətini aparan təyyarə Bosniya və Herseqovinanın Mostar şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində Traykovski və onun müşavirləri də daxil olmaqla 8 nəfər həlak olub. Təyyarə qəzasını araşdırmaq üçün yaradılmış beynəlxalq komissiya iki illik araşdırmadan sonra ictimaiyyətlə paylaşdığı hesabatda təyyarə qəzasının "pilot səhvi" nəticəsində baş verdiyini açıqlayıb.


10 aprel 2010-cu ildə o vaxtkı prezident Lex Kaçinski və həyat yoldaşı da daxil olmaqla 96 nəfəri daşıyan "Tupolev 154" tipli təyyarə Stalin dövründə təxminən 22 min polyakın edam edildiyi Katın qırğınının anım mərasimində iştirak etmək üçün Rusiyanın Smolensk hava limanına eniş edərkən meşə sahəsinə düşüb. Təyyarədə sağ qalan olmayıb.


5 fevral 2024-cü ildə Çilinin keçmiş prezidenti Sebastian Pinera və onu müşayiət edənləri daşıyan "Robinson R 66" adlı helikopter Los Rios bölgəsindəki Ranko gölünə düşüb. Havaya qalxdıqdan qısa müddət sonra vertolyot güclü yağış və sıx duman səbəbindən gölə düşüb. Keçmiş prezident Pinera təhlükəsizlik kəmərini aça bilmədiyi üçün dünyasını dəyişib.


Təyyarə və ya helikopter qəzalarında sağ qalan dövlət başçıları: 

 

11 aprel 1955-ci ildə keçmiş Çin Baş naziri Çjou Enlay İndoneziyaya kirayə verdiyi “Air India” təyyarəsinə hücumdan sağ çıxıb. Səyahət planlarını son anda xəbərdar edən Zhou son dəqiqə dəyişikliyi səbəbindən təyyarəyə minməyib. Digər tərəfdən, bombanın partlaması nəticəsində təyyarə Cənubi Çin dənizinə düşüb. Qəzada 11 sərnişin həyatını itirərkən, 3 nəfər sağ qalıb.


17 fevral 1959-cu ildə Türkiyənin 9-cu Baş naziri Adnan Menderes, Türkiyə, İngiltərə və Yunanıstan arasında razılaşdırılmış Kipr müqaviləsini imzalamaq üçün Londondakı “Gatwick” hava limanına 4,5 kilometr uzaqlıqda olan təyyarədən sağ çıxdı. Qəzada o vaxtkı Anadolu Agentliyinin (AA) baş direktoru Şərif Arzık da daxil olmaqla 14 nəfər həyatını itirib, ekipaj və sərnişinlər də daxil olmaqla 7 nəfər yaralanıb.


2 fevral 1977-ci ildə İordaniyanın keçmiş kraliçası Alia Toukan Tafila şəhərində helikopter qəzasında həlak olub. Tukanın əri Kral Hüseyn bin Talal qəzadan sağ çıxıb. Şiddətli yağış və fırtına nəticəsində baş verdiyi bildirilən bu qəzada İordaniyanın o vaxtkı səhiyyə naziri Məhəmməd Bauhir həyatını itirib.

 

1994-cü ilin iyununda o zaman Uels şahzadəsi olan İngiltərə kralı III Çarlz güclü külək səbəbindən uçduğu təyyarəyə nəzarəti itirərək təyyarənin qəzaya uğramasına səbəb olmuşdu. Hadisə zamanı xəsarət alan olmasa da, 1 milyon dollardan çox ziyan dəyib.

 

Aysel

Sfera.az

Избранный
344
23
sfera.az

10Источники