RU

Sarayda azyaşlı yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb

Abşeron rayonunda 9 yaşlı uşaq yol-nəqliyyat hadisəsində xəsarət alıb.

“Report” un məlumatına görə, hadisə Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, 2015-ci il təvəllüdlü S.Məmmədli yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

DOĞRU.AZ

Избранный
225
42
dogru.az

10Источники