Aktrisa Pərvin Abıyeva "Rəngarəng səhər" verilişində aparıcı Zaur Nəbioğluna verdiyi cavabla diqqət çəkib.
Azmedia.Az olay-a istinadən xəbər verir ki, Aparıcı sənətçiyə "Aqşin Fatehlə münasibətlərini gərgin idi. Səhv etmirəmsə, "Maşın" şouda" sözlərinə "Mən nə Zeynəbəm, nə Türkan. Yaxşı bax. Yuxulusan. Qəhvə iç, ayıl", - deyə, cavab verib.
Daha sonra Pərvin Zaurun "Onlara nə olub ki" sualını cavablandırıb:
"Demək istəyirəm ki, mən onun duet ortağı deyiləm. Heç eyni verilişdə belə yer almamışıq ki, münasibətlər gərgin olsun".