RU

Zelim Kotsoyev: “Hər zaman çalışıram ki, yarışlarda bayrağımızı yüksəklərə qaldırım"

“Ötən il Avropa çempionu oldum. Bu il isə dünya çempionluğunu əldə etdim”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin cüdoçusu Zelim Kotsoyev (100 kq) deyib.

O, BƏƏ-nin paytaxtı Abu-Dabidə dünya çempionatında qızıl medal qazanmasının təəssüratlarını bölüşüb. Kotsoyevin sözlərinə görə, Dövlət Himnimizi səsləndirdiyi üçün çox xoşbəxtdir: “Hər zaman çalışıram ki, yarışlarda bayrağımızı yüksəklərə qaldırım. Hər zaman dünya çempionu olmaq arzusunda olmuşam. İndiyə mundiallarda kimi iki dəfə bürünc medal qazanmışam.

İdman.biz

Избранный
26
idman.biz

1Источники