Bu gün basketbol üzrə Avroliqada “Dördlər finalı”na start veriləcək. SİA xəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi "Fənərbağça" doğma meydanda Yunanıstanın "Panatinaikos" komandasını qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Yarımfinalın digər görüşündə İspaniyanın "Real Madrid" komandası Yunanıstanın digər təmsilçisi "Olimpiakos"u sınağa çəkəcək. Bu matçın start fiti isə Bakı vaxtı ilə saat 23:00-da çalınacaq.
Qeyd edək ki, “Dördlər finalı”na Almaniyanın paytaxtı Berlin ev sahibliyi edəcək.