Telefonunu əlindən alınan 16 yaşında yeniyetmə gözünü qırpmadan AİLƏSİNİ ÖLDÜRDÜ
Braziliyada 16 yaşlı yeniyetmə valideynlərini və bacısını öldürdüyünü polisə etiraf edib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, yeniyetmə telefonunu əlindən alındığı üçün ailəsini öldürdü
Braziliyanın San-Paulu şəhərində 16 yaşlı yeniyetmə ailəsini onun mobil telefonunu əlindən aldıqları üçün qətlə yetirib. Vila Jaguara bölgəsində baş verən hadisədə adı açıqlanmayan gənc oğlan valideynlərinin mobil telefonunu əlindən adıqdan sonra atasının silahı ilə anasını, atasını və bacısını öldürüb.
Qətlləri törədən gənc iki gün ailəsinin meyitləri ilə yaşayıb və daha sonra polisə zəng edərək cinayətini etiraf edib. O, etirafında atasının silahının harada olduğunu bildiyini və qətldən bir qədər əvvəl onu sınaqdan keçirdiyini deyib. Bildirib ki, mətbəxdə arxası çevrilmiş atasına atəş açdıqdan sonra atəş səsini eşidən bacısının üzünə atəş açıb və otağa daxil olub. Gənc anasını da eyni şəkildə öldürüb və sonra heç nə olmamış kimi normal həyatına davam edib.