Qadın voleybolçulardan ibarət "Gəncə" klubu yeni məşqçi ilə anlaşıb.
Bu barədə "Report"a bölgə təmsilçisindən məlumat verilib.
Klub qazaxıstanlı fiziki hazırlıq üzrə məşqçi Aleksandr Titorenko ilə bir illik müqavilə imzalayıb.
Qazaxıstan milli komandasının məşqçilər korpusunda yer alan mütəxəssis ötən mövsümü ölkəsində “Jetısu” klubunda çalışıb.