Bakı. Trend:
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və AvarçəkməFederasiyasının (AKAF) birgə təşkilatçılığı ilə dövlət qurumlarınınəməkdaşları arasında avarçəkmə yarışı keçiriləcək.
Trend AKAF-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun1-dən 2-dək təşkil olunacaq turnirin reqlamentə əsasən,iştirakçılar fərdi və komanda şəklində olmaqla 1 və 2 nəfərlikkayak qayıqlarında 200 metr məsafəyə mübarizə aparacaqlar.
İyunun 1-i saat 10:00-dan 15:00-dək komandaların ümumi məşqikeçiriləcək. İyunun 2-si saat 11:00-da yarışın rəsmi açılışmərasimi başlayacaq. 11:30-dan etibarən isə yarış startgötürəcək.
Qaliblər medal, diplom və hədiyyələrlə təltif ediləcəklər.