Bakının Nərimanov rayonunda ağır yol qəzası qeydə alınıb.
Sfera.az xəbər verir ki, hadisə Təbriz küçəsində baş verib.
Belə ki, sözügedən küçədə yüksək sürətlə hərəkətdə olan “Hyundai” markalı avtomobil yolu süpürən qadını vurub.
Zərbənin təsirindən qadın yol kənarında dayanan “Şuşa” restoranın ofisiantı 1999-cu il təvəllüdlü Heydərov Şəhriyar Namiq oğluna çırpılıb.
Ş.Heydərovun başı beton plitəyə çırpılıb.
Süpürgəçi qadın hadisə yerində dünyasını dəyişib.
Ş.Heydərov Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.