RU

TuranBank ASC-də Pərakəndə Bankçılıq Departamentinə direktor təyin edilib

TuranBank ASC-də Pərakəndə Bankçılıq Departamentinə direktor təyin edilib.

Banco.az saytının məlumatına görə Pərakəndə Bankçılıq Departamentinin direktoru vəzifəsinə Ramil Qələndərov təyin olunub.

Məlumat üçün bildirək ki, Ramil Qələndərov ümumilikdə bank sektorunda 19 illik təcrübəyə malikdir. O, 2005-ci ildən AccessBank, Bank of Baku, Unibank-da müxtəlif vəzifələrdə çalışmış, 2023-cü ildən sözügedən təyinata qədər isə Rabitəbank-da Retail Bankçılıq Departamentinin direktor müavini  vəzifəsini icra edib.

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və.s) səhifələrini izləyərək əldə edə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
209
2
banco.az

3Источники