RU

“Premium Bank” kiçilib, kreditləri azalıb - ŞİRKƏTLƏR BANKDAKI 11 MİLYON MANAT PULU GERİ ÇƏKİBLƏR

DİA.AZ: - “Premium Bank” ASC cari ilin 3-cü rübünün maliyyə göstəricilərini açıqlayıb. DİA.AZ bankın hesabatına istinadən xəbər verir ki, bankın faiz gəlirləri 23 milyon 998 min, xərcləri isə 7 milyon 827 min manat olub. Gəlirlər illik müqayisədə 1 milyon 64 min manat (4,6%), xərclər isə 391 min manat (5,3%) artıb.Beləliklə, bankın xalis faiz gəlirləri 16 milyon 171 min manat olub ki, bu göstərici də son bir ildə 674 min manat (4,3%) artım deməkdir.Bankın qeyri-faiz gəlirləri 13 milyon 668 min manat, xərcləri isə 23 milyon 489 min manat olub. Gəlirlər 755 min manat (5,8%), xərclər isə 2 milyon 802 min manat (13,5%) artıb.Bankın əmək haqqı və digər kompensiya növləri üzrə xərcləri 4 milyon 675 min manat (7,7% çox) , ümumi inzibati xərcləri 3 milyon 091 min manat (13,4% çox), amortizasiya xərcləri 847 min manat (22,8% çox), digər xərcləri isə 14 milyon 876 min manat (15,1% çox) təşkil edib.Bununla da “Premium Bank” ASC 3-cü rübü 7 milyon 881 min manat xalis mənfəətlə başa vurub ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 869 min manat (96,4%) çoxdur.Cari ilin üçüncü rübündə “Premium Bank” ASC bir qədər də kiçilib. Belə ki, bankın aktivləri ötən ilin sonuna nibətən 14 milyon 846 min manat və ya 2,1% azalıb və 677 milyon 356 min manat təşkil edib.Bunun da 204 milyon 269 min manatını nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlər təşkil edib. Bu vəsaitlərdə də 8 milyon 469 min manat (4%) azalma qeydə alınıb.Bankın kredit portfelində azalma qeydə alınıb. Belə ki, cari ildə “Premium Bank” müştərilərinə 433 milyon 26 min manat kredit verib. Lakin kreditlərin həcmində də son doqquz ayla müqayisədə 3 milyon 942 min manat 0,9%-lik azalma müşahidə olunub.Kredit portfelinin 9 milyon 413 min manatı istehlak, 388 milyon 636 min manatı biznes, 34 milyon 977 min manatı isə daşınmaz əmlak kreditlərinin payına düşüb.Ötən ili sonu ilə müqayisədə istehlak kreditləri 3 milyon 420 min manat (57,1%), daşınmaz əmlak kreditləri 2 milyon 371 min manat (7,3%) artıb, biznes kreditləri isə 9 milyon 733 min manat (2,4%) azalıb.Bank öhdəliklərini 12 milyon 925 min manat (2,5%) azaldaraq 496 milyon 713 min manata endirib.Öhdəliklərin də 451 milyon 299 min manatını depozit portfelinin payına düşüb. Depozit portfeli son doqquz ayda 15 milyon 191 min manat, yəni 3,3% azalıb.Depozit portfelinin 336 milyon 608 min manatını fiziki şəxslərin, 114 milyon 691 min manatını hüquqi şəxslərin depozitləri təşkil edib.Fiziki şəxslərin əmanətlərində 4 milyon 55 min manatlıq (1,2%), şirkətlərin əmanətlərində isə 11 milyon 136 min manatlıq (8,9%) azalma qeydə alınıb.Hesabat dövründə bank 180 milyon 643 min manatlıq kapitala malik olub ki, bu göstərici də ötən ilin sonuna nisbətən 1 milyon 921 min manat (1,1%) azalıb.Bankın bölüşdürülməmiş mənfəətinin həcmi də 120 min manat (0,8%) azalaraq 15 milyon 375 min manata düşüb.

Избранный
402
1
dia.az

2Источники