Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 31-də ümumi çəkisi 82,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə "Operativ Media"ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 80,3 kiloqrama yaxın marixuana, 1,9 kiloqram heroin, 100 qram tiryək, həmçinin 45 ədəd çətənə kolu olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.