RU

Ukrayna şəhərlərinə kütləvi raket və dron hücumları olub – Enerji obyektləri vurulub

İyunun 1-nə keçən gecə Rusiya ordusu yenidən Ukraynanın mülki və enerji infrastrukturuna hücum edib. Ukrayna Müdafiə Nazirliyinin yaydığı məlumata görə, nəticədə İyirmi nəfər yaralanıb.

Ukraynanın Daxili İşlər naziri İqor Klimenko Xarkov vilayətində istirahət mərkəzininin vurulduğunu bildirib. Onun sözlərinə görə, səkkizi uşaq olmaqla on iki nəfər xəsarət alıb. Hamısının vəziyyəti orta ağırdır.

Klimenko əlavə edib ki, Rusiya pilotsuz təyyarəsi avtobusa hücum edib – biri uşaq olmaqla dörd nəfər yaralanıb. Zərbələr nəticəsində daha dörd nəfər Lvov vilayətində xəsarət alıb.

Ukraynanın energetika naziri German Qaluşenko bildirib ki, Rusiyanın gecə hücumu nəticəsində ölkənin bir neçə enerji infrastrukturu obyektinə ziyan dəyib.

"Zaporojye, Dnepropetrovsk, Donetsk, Kirovoqrad və İvano-Frankivsk vilayətlərindəki enerji obyektlərinə hücum edilib", - Qaluşenko deyib. Onun sözlərinə görə, baş vermiş bütün yanğınlar söndürülüb.

Vinnitsa vilayətinin administrasiyasının rəhbəri Sergey Borzov yazıb ki, hücum nəticəsində mühüm infrastruktur obyektlərindən birində yanğın baş verib. Ölən və yaralananlar olmayıb.

Özəl enerji şirkəti DTEK Rusiya ordusunun şirkətin iki istilik elektrik stansiyasını atəşə tutduğunu bildirib - avadanlıqlara ciddi ziyan dəyib.

Gecə saatlarında Ukraynanın demək olar ki, bütün ərazisində həyəcan siqnalı çalınıb. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya ölkə ərazisinə 53 müxtəlif tipli raket və 47 pilotsuz uçuş aparatı atıb. Bunlardan 35 raket və 46 pilotsuz təyyarə vurulub.

Rusiya Müdafiə Nazirliyi hücumla bağlı məlumat verməyib.

“Azpolitika.info”

Избранный
240
50
azpolitika.info

10Источники