RU

"Övladlarınızı idmana olan həvəsini boğmayın"

style='margin-bottom:10px;'>

Medianın İnkişafı Agentliyinin layihəsi

Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz davam edir. Layihə çərçivəsində növbəti həmsöhbətimiz Nizami rayonu 242 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi, fiziki tərbiyə üzrə təlimçi, atletika üzrə onaltıqat Azərbaycan çempionu, Baku-2015  1-ci Avropa Oyunlarının finalçısı, 4 Avropa kubokunun iştirakçısı Asəf Mehdiyevdir. 

Həmsöhbətimiz əvvəlcə bildirib ki, fiziki tərbiyyə fənninin keyfiyyətli tədris olunması müəllimin peşəkarlığından asılıdır: "Orta məktəblərdə fiziki tərbiyə fənninin keyfiyyətini yüksək qiymətləndirirəm. Bir məsələyə diqqət etmək lazımdır ki, ümumiyyətlə,  istənilən fənnin, xüsusilə də fiziki tərbiyə fənnini tədrisi müəllimin peşəkarlığından, savadlılığından, müasir yanaşmasından, yaradıcı düşüncəyə malik olmasından və texniki bazasının yaxşı olmasından asılıdır".

O, fiziki tərbiyə müəllimlərinin dərsləri kurrikulumun tələblərinə uyğun şəkildə aparırlar: "Qısa səsləndirsək, ümumtəhsil müəsisələrində fiziki tərbiyə dərsləri fənn kurikulumun tələblərinə uyğun şəkildə keçirilir. Hal-hazırda işlədiyim məktəb və monitorinqlər zamanı müşahidə etdiyim dərslərdən aydın olur ki, TOP,s  metodikasından istifadə olunur. Bu da dərsləri  şən, maraqlı, təhlükəsiz, əyləncəli edir".

O, qeyd edib ki, dərsləri əyləncli etməyin yeganə yolu TOP,s metodundan istifadə etməkdir: "Dərslər maraqlı keçərsə,  uşaqlar əylənmiş olur. Dərsləri daha yaxşı maraqlı, əyləncəli, təhlükəsiz, etməyin yeganə yolu TOP,s metodikasından istifadə etməkdir. TOPS layihəsi Azərbaycanda Böyük Britaniya səfirliyi, Elm və Təhsil Nazirliyi və İnkişaf Naminə İdman İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilir. Layihənin əsas məqsədi ümumtəhsil məktəblərində fiziki tərbiyə fənnini tədris edən müəllimləri bu fənn üzrə müasir təhsil texnologiyaları ilə təmin etmək və bununla da təhsilalanların hərəkət bacarıqlarını inkişaf etdirən əlverişli mühitin yaradılmasına, onların təhsil aldıqları müddətdə fiziki-psixoloji sağlamlığının qorunmasına imkan yaratmaqdır. 2014-cü ildən pilot layihə olaraq 4 məktəblə başlanılan təlimlər 2022-ci ildə yekunlaşdı. Ümumilikdə Naxçıvan Muxtar Respublikanı çıxmaq şərtilə, ölkəmizdə lahiyə cəlb olunmuş  1557 məktəb,  2350 fiziki tərbiyə müəllimi, 973965 şagird bu metodikadan istifadə edir. 2014-2022-ci illər ərzində 885 açıq dərs və 206 idman festivalı keçirilmişdir. Müşahidələrimiz və rəqəmlər onu deməyə əsas verir ki, dərsləri daha əyləncəli, maraqlı, şən, təhlükəsiz, hamıya əlçatan etmək üçün  TOP,s  metodikasından istifadə edilir".

A. Mehdiyev məktəblərin idman zallarının və digər qurğularının istifadəyə yarrlı olduğunu söyləyib: Ümumi bir fikir söyləmək üçün gərək respublikadakı idman zallarının və meydançalarının vəziyyəti haqqında məlumatlı olasan və bunun statistikasını aparıb yekun bir fikir söyləyəsən. Məndə bu məlumat olmadığı üçün yekun bir fikir söyləyə bilmərəm. Amma fiziki tərbiyə fənninin təlimləri zamanı respublikanın demək olar ki, bütün şəhər və rayonlarında yerləşən məktəblərin bəzilərinin idman zalında, meydanında təlimlər keçdik. Buna əsasən deyə bilərəm ki, fiziki tərbiyə fənnini tədris etmək üçün idman zalları və meydançaları tam uyğun və yararlıdır".

O, şagirdlərin iştirak etdiyi yarışlardan da söz açıb: "Şagirdlər Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə əməkdaşlığı ilə keçirilən bütün yarışlarda iştirak edirlər. Əsasən ən çox  şagirdlərin iştirak etdiyi idman növləri bunlardır: Minifutbol, futzal, basketbol, şahmat, 3x3 basketbol, voleybol. Bu ildən ilk dəfə olaraq cüdo, güləş, taekvondo, ağırlıqqaldırma idman növləri üzrə yarışlar da təşkil olundu".

A.Mehdiyev bunu da vurğulayıb ki, hazırda yeniyetmələrin və gənvclərin idmana marağı yüksək səviyyədədir: "Bu gün fiziki tərbiyə fənninə marağın yüksək olmasını deməyə əsaslarım var. Əvvəlcə məlumat verim ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində fiziki tərbiyə dərsləri üzrə monitorinqlər keçirildi. Monitorinqi aparan və müşahidə edən müəllimlərdən biridə mən oldum. Bu monitorinqin əsas məqsədi “Uşaqların sağlam həyat tərzinin və sağlam qidalanmasının təşviqi” strateji istiqamətinin təhsil müəssisələrində həyata keçirilməsi vəziyyətinin müəyyənləşdirilməsi, fənnin tədrisinin məzmun standartlarına uyğun təşkil olunması, fiziki tərbiyə müəllimlərinin tədris resurslarından səmərəli istifadəsinin təşviq edilməsi, dərsin perspektiv planlaşdırmaya uyğunluğunun reallaşdırılması və fiziki tərbiyə müəllimlərinin peşəkar inkişafına dəstəyin verilməsi idi.  Apardığım monitorinqlər zamanı bütün məktəblərdə şagirdlərin idman zalına sevinc hissi ilə gəlməkləri, dərs zamanı müəllimin verdiyi tapşırıqları həvəslə yerinə yetirməklərini müşahidə etdik. Dərsin bitməsinə dəqiqələr qalmağına rəğmən, şagirdlər müəllimdən xahiş edirlər ki, bir neçə dəqiqədə dərsdə qalaq. Bax bu gösdəricilər mənə əsas verir ki, şagirdlər tərəfindən fiziki tərbiyə fənninə marağın yüksək olmasını deyim. Digər sevindirici məqamlardan biri də valideyinlərin fiziki tərbiyə dərsinə marağının artmasıdır. Hər sinifdən ən az  10, 12 şagirdin valideyini övladının idman dərsindəki fəaliyyəti ilə maraqlanır. Əvvəllər bukimi hallara rast gəlmirdik. Və buda bizi bir müəllim olaraq çox sevindirir".

Müəllim dərs keçdiyi şagirdlər arasında istedadlı uşaqların çox olduğunu deyib: "Bəli, məktəbimizdə idman istedadlı uşaqlar var. Fiziki tərbiyə müəlliminin peşəkarlığı sayəsində bu isdedadlar parlayır. Heç kimə sirr deyil ki, daha çox futbol idman növünə maraq. Buna baxmayaraq  biz şagirdləri digər idman növlərinə də yönləndiririk. 2023-2024-cü tədris ilindən danışıb bir misal vermək isdəyirəm. Dərs ilinin əvvəlində diaqnostik qiymətləndirmə zamanı və kiçik summativ zamanı iki şagirdimizin atletika idman növünə tam uyğun olmasını görərək atletika idman növünə yönləndirdim. Hal-hazırda onlar öz yaşıdları arasında respublika və Bakı şəhər çempionlarıdır".

A.Mehdiyev idmana marağın artırılması üçün görülməli olan işlərdən danışıb: "Düşünürəm ki, ölkədə yeniyetmələr arasında idman səviyyəsini artırmaqla bağlı məsələlər  Təhsil Respublika İdman Mərkəzi və Gənclər və İdman Nazirliyi məşğul olur. Bununla bağlı bir çox lahiyələr və tədbirlər həyata keçirirlər. Əvvəllər məktəblilər arasında spartakiada keçirilirdi və bunun idmanın səviyyəsini artırmaq baxıından çox böyük rolu var idi. Təəssüf ki, artıq bu ənənə yoxdur. Daha sonra  Azərbaycan  Məktəb İdmanları Federasiyası yaradıldı. Federasiya bir neçə idman növündə   rayon, şəhər, zona və respublika yarışları təşkil etdi. Yenə də təəssüf hissi ilə deyirəm ki, bu fedrasiyada fəaliyyətini dayandırdı. O ki qaldı məktəblilər arasında  idman səviyyəsinin artırmaq üçün hansı addımların atılmasına,  düşünürəm ki, idman federasiyaları məktəblərlə sıx əməkdaşlıq etməlidirlər. Bu qısa müddətli yox, davamlı şəkildə olmalıdır. Belə olan halda biz əyani olaraq məktəblilər arasında idman səviyyəsinin əhəmiyyətli səviyyədə artmasını görə biləcəyik".

Müəllim yeniyetmələri zərərli vərdişlərdən uzaqlaşdırmağın ən yaxşı yolunun idmaı təbliğ etmək olduğunu deyib: "Ümumiyyətlə, pis vərdişlər ikinci xasiyyət adlandırılır. Psixploqlar da bunu təsdiq edir. Düşünürəm ki, burda müəllimdən, məktəbdən çox  birinci iş valideyinlərin üzərinə düşür.  Buna baxmayaraq, biz müəllimlər də mütəmadi olaraq bu isdiqamətdə şagirdlərlə söhbətlər aparırıq, məkdəbdaxili dədbirlər keçiririk. Şagird, yeniyetmə o, zaman pis vərdişlərə qoşulur ki, zamanından düzgün səmərəli istifadə edə bilmir. Düşünürəm ki, gün rejiminin düzgün bölüşdürülməsi çox vacibdir. Bir çox təhsil sahəsində inkişaf etmiş ölkələrdə belədir ki, şagird asudə vaxtlarında dərsdənkənar idman məşğələləri ilə məşqul olurıar. Buna baxmayaraq,   bu istiqamətdə idman federasiyaları, idmançılar, mütəmadi marifləndirici söhbətlər aparmalıdır. Hansısa bir radio verilişində bukimi məsələlərin həllindən danışarkən belə bir cümlə işlədilmişdi: Azərbaycan idmançıları tövsiyə edir. Gözəldir bəyənirəm amma daha təsir qüvvəsi çox ola biləcək fərqli formalardanda istifadə etmək olar.

A.Mehdiyev uşaqlara motivasiya verməyin yollarını da izah edib: "Onu deyə bilərəm ki, dərs ilinin əvvəlindən sonuna kimi şagirdlərlə müxtəif mövzularda söhbətlər aparırıq. Bu mövzulara idmanın insan orqanizminə nüsbət təsiri, və s aiddir. Düşünürəm ki, motivasiya verməzdən əvvəl birinci motivasiya müəllim özü olmalıdır.Belə olan halda müəllimin verdiyi motivasiyanın təsiri daha güclü olacaq. Əlavə olaraq tanınmış idmançıları Olimpiya, dünya, Avropa çempionlarını və mükafatçılarını məktəbimizə dəvət edirik, şagirdlərlə söhbət edirlər, maraqlı sual-cavab edirlər. Düşünürəm ki, bu, onlara daha yaxşı motivasiyadır".

O, uşaqlarla bağlı valideynlərlə tez-tez söhbətlər apardıqlarını qeyd edib: "Burda ürəy açan məqamlar da var, təssüf doğuran məqamlar da. Gəlin birincidən başlayım. Əvvəldə qeyd etdiyim kimi valideyinlərin fiziki tərbiyə dərslər ilə maraqlanması müsbət haldır və bu, bizə imkan verir ki, idmana həvəsi olan, istedadı şagirdləri idman növlərinə asanlıqla yönəldək. Çünki şagirdin valideyininə övladının isdedadı olmasını söyləyəndə xoş qarşılayır, dəstək olur. İkinci təssüf doğuran məqm budur ki, şagirdin hər hansı idman növünə uyğun olaraq isdedadı olması ilə yanaşı, həvəsi də var, lakin valideyini ilə bu barədə söhbət aparanda qəti  valideyn etiraz edir, öz isdədiyi peşəyə yönləndirmək istəyir. Mən deyərdim ki, gələcəyin Olimpiya, dünya, Avrop çempionu itir. Bu məsələdə bir nümunədə vermək istəyirəm. Çox  idman istedadlı bir şagirdimizin valideyni çoxsaylı danışıqlarımıza baxmayaraq, idmana getməsinə  razılıq vermədi ki, qızım həkim olacaq.  Federasiyanın baş məşqçisi ilə görüşdürdüm, danışıqlar getdi, hətta federasiya maddi dəstək olmaq istədi, yenə də valideyn razılıq vermədi. Belə təəssüf doğuran məqamlar da az olmur"

A.Mehdiyev bəzi valideynlərin idmanın qızlar üçün uyğun olmamasını düşünməyinə və qızlarını idmandan uzaq tutmağına da toxunub: "İstədiyimi deməmişdən əvvəl bildirmək isdəyirəm ki, düzgün təbliğat getməlidir, düzgün marifləndirici söhbətlər aparılmalıdır. Çünki bəzi valideyinlər qız övladlarını idmana yönləndirmək istəsə də açıq etiraf edirlər ki, mentalitet məsələsi, qohum-əqrəba bizə nə deyər kimi düşünən valideyinlər də kifayət qədərdir. Düşünürəm ki, bu sindiromu aradan qaldırmağn yolu təbliğat, marifləndirmə tədbirləridir. Valideyinlərə xitab edərək söyləmək istəyirəm ki, peşəkar olmasa da, övladlarınızı idmana olan həvəsini boğmayın. Qoyun onlar bədən tərbiyəsi ilə məşğul olsunlar. Bu mövzuda fikirlərimə filosofların sözləri ilə yekun vurmaq istəyirəm: Gözəl olmaq istəyirsənsə, idmanla məşğul ol. Sağlam olmaq istəyisənsə, idmanla məşğul ol. Xoşbəxt olmaq istəyirsənsə, idmanla məşğul ol. Ağıllı olmaq istəyirsənsə, idmanla məşğul ol. Savadlı olmaq istəyirsənsə, idmanla məşğul ol. Uzunömürlü olmaq istəyirsənsə, idmanla məşğul ol".

 

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Избранный
72
14
teleqraf.com

10Источники